Modern.az

Kamala Harrisin əri ABŞ-ın 1-ci centlemeni olmaq istəyir

Kamala Harrisin əri ABŞ-ın 1-ci centlemeni olmaq istəyir

Dünya

31 Oktyabr 2024, 13:36

Amerika Birləşmiş Ştatlarınfa prezident seçkilərinə az qalır. Noyabrın 5-də Demokratlar Partiyasının namizədi Kamala Harris Respublikaçıların namizədi Donald Trampla yarışacaq.

Əgər Kamala Harris prezident seçkilərində qalib gələrək ABŞ-ın ilk qadın prezidenti olarsa, o zaman onun əri Duq Emhoff ölkənin ilk birinci centlmeninə çevriləcək.

Modern.az-ın məlumatına görə, ABŞ tarixində ilk dəfə olaraq Duq Emhoff ABŞ-ın vitse-prezidenti Kamala Harrisin əri olmaqla artıq ölkənin ikinci centlmeninə çevrilib.

Dörd ildir ki, ABŞ vitse-prezidentinin əri olaraq onun ən böyük dəstəkçisi sayılan Duq Emhoff “Amerikanın səsi” üçün yazır.

Keçmiş hüquqşünas əmindir ki, o, 5 noyabrda keçiriləcək seçkilərdə həyat yoldaşı Kamala Harrisin  qalib gəlməsilə ölkənin ilk centlmeni olacaq.

Duq Emhoff deyib ki, o, xanımın qalib gəlməsi üçün əlindən gələni edir.

Emhoff və Harris 2014-cü ildə evləniblər. Onların iki övladı var.

Milliyyətcə yəhudi olan Emhoff Bayden administrasiyasının antisemit proqramına rəhbərlik edir.

O, həm də ABŞ Senatorlarının Həyat yoldaşları İttifaqının prezidentidir.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...