Modern.az

Daha bir ölkə "TikTok"u QADAĞAN etmək istəyir

Daha bir ölkə "TikTok"u QADAĞAN etmək istəyir

Dünya

22 Dekabr 2024, 08:47

Yanvardan etibarən “TikTok” sosial şəbəkəsi Albaniyada azı bir il müddətinə qadağan ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Edi Rama müəllimlərlə görüşündə bildirib. Paralel olaraq şagirdlərin təhsil almasına kömək edən proqram təminatları hazırlanacaq.

 

“Çində “TikTok”da tələbələrə dərslərinə hazırlaşmağın, ətraf mühiti və ənənələri qorumağın yolları öyrədilir. Çindən kənarda isə bunun tam əksidir” – deyə hökumət başçısı bildirib.

 

Hökuməti bu addımı atmağa ötən ay paytaxt Tiranada şagirdlər arasında sosial şəbəkədə başlayan mübahisənin 2 məktəblinin ölməsi ilə nəticələnməsi vadar edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?