Modern.az

ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq - Putin

ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq - Putin

Dünya

22 Dekabr 2024, 11:32

Rusiya ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində deyib.

 

Putin Rusiya - ABŞ münasibətlərinin bərpası barədə danışarkən söyləyib ki, istək olsa, hər şey mümkündür.

 

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə hər şey dəyişir, yalnız maraqlar dəyişməz qalır: "Başqa ölkələrlə əlaqələr qurmaq üçün imkanlar və perspektivlər var. Biz buna hazırıq. Amma bu, Rusiyanın maraqlarına zidd olmamalıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...