Modern.az

Klintonlar məhkəməyə çağırıldı

Klintonlar məhkəməyə çağırıldı

Dünya

5 Avqust 2025, 21:21

ABŞ-nin keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klinton mərhum maliyyəçi Cefri Epşteynin məhkəmə işi üzrə dindirilməyə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

 

Qeyd edək ki, bir çox rəsmilər, o cümlədən ABŞ prezidenti Donald Tramp da Epşteynlə əlaqələrdə ittiham olunur.

 

Maliyyəçi yetkinlik yaşına çatmayanların cinsi istismarı üzrə ittiham olunaraq 2019-cü ildə həbs edilib və öz məhkəməsini gözləyərkən həbsxanada ölü tapılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib