Modern.az

Ankara silkələndi

Ankara silkələndi

Dünya

11 Avqust 2025, 10:25

Səhər saatlarında Türkiyənin paytaxtı Ankarada zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, 3.2 bal gücündə olan yeraltı təkanlar Etimesqut rayonunda, 4.68 km dərinlikdə qeydə alınıb.

Çankaya bölgəsində, dövlət televiziyasının binasına yaxın yerləşən bəzi binaların sakinləri yeraltı titrəmələri hiss ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır