Modern.az

Çin də Ukraynaya qoşun göndərəcək? - Pekindən CAVAB

Çin də Ukraynaya qoşun göndərəcək? - Pekindən CAVAB

Dünya

25 Avqust 2025, 12:42

Çin Ukraynaya hərbi kontingent göndərmək niyyətində deyil.

Modern.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib.

O, Almaniyanın “Welt am Sonntag” qəzetinin Çinin sülhməramlılar göndərməyi planlaşdırması ilə bağlı xəbərini belə şərh edib.

"Bu məlumat reallığa uyğun gəlmir", - deyə çinli diplomat brifinqdə bildirib. O əlavə edib ki, Çinin Ukrayna məsələsində mövqeyi aydın və ardıcıldır.

Qəzet yazıb ki, Pekin missiyanın BMT mandatı altında yerləşdirilməsi şərti ilə sülhməramlılar göndərməyə hazırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!