Modern.az

İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəm - Tramp

İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəm - Tramp

Dünya

26 Sentyabr 2025, 09:58

ABŞ prezidenti Donald Tramp İsrailin İordan çayının qərb sahilini ilhaqına icazə verməyəcəyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Mən İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm. Xeyr, bunu etməyəcəyəm. Bu, baş verməyəcək", - o deyib.

Tramp əlavə edib ki, o, artıq İsrailin baş naziri Benyamin Netanyahu ilə bunu müzakirə edib.

"Bəli, amma buna icazə verməyəcəyəm. Bəsdir. Artıq dayanmağın vaxtıdır", - o deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?