Modern.az

Bakılı qadın Rusiyada nazir postuna gətirildi

Bakılı qadın Rusiyada nazir postuna gətirildi

Dünya

Bu gün, 16:10

Larisa Kazakova Rusiyanın Penza vilayətinin təhsil naziri vəzifəsinə təsdiq edilib. Bu barədə məlumat region hökumətinin rəsmi saytında yer alıb.

O, 2026-cı ilin martından - əvvəlki rəhbər Aleksey Fomin işdən çıxdıqdan sonra nazir müavini vəzifəsini icra edirdi.

Qeyd edək ki, Larisa Kazakova 29 iyun 1977-ci ildə Bakıda anadan olub. 2002-ci ildə V.Q.Belinski adına Penza Dövlət Pedaqoji Universitetinin "Tarix" ixtisası üzrə bitirib. Penza şəhərindəki 37 nömrəli məktəbdə elmi-metodiki işlər üzrə direktor müavini çalışıb. 17 yanvar 2022-ci ildə isə Nəqliyyat Texnologiyaları Kollecinin kollektivinə direktor əvəzi kimi təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var