Modern.az

Ermənistanın NATO ilə bağlı mövqeyini AÇIQLADI

Ermənistanın NATO ilə bağlı mövqeyini AÇIQLADI

Dünya

Bu gün, 01:11

Ermənistan NATO-ya üzv olmaq niyyətində deyil və heç vaxt qarşısına belə bir məqsəd qoymayıb.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

O, İrəvanın Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında qəbul olunan bəyannaməyə niyə qoşulmadığı ilə bağlı sualı cavablandırıb.

Paşinyanın sözlərinə görə, sənəddə NATO ilə bağlı geniş istinadlar yer alıb.

“Biz Avropa İttifaqına üzvlük prosesinə başlamışıq. Lakin siyasətimizdə NATO-ya üzv olmaq barədə qərar yoxdur və heç vaxt qarşımıza belə bir vəzifə qoymamışıq”, – deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısında Avropa təhlükəsizliyinin əsas prinsiplərinə dair bəyannamə qəbul edilib. Ermənistan həmin sənədə qoşulmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan