ABŞ Prezidenti Donald Trampın Vitse-prezident Cey. Di. Vensdən narazılığı getdikcə artır.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrinə istinadən məlumat yayıb.
Narazılığa səbəb Vensin Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərindəki məğlubiyyətini İranla müharibə ilə əlaqələndirməsidir.
Tramp əvvəlcə Vitse-prezidentin bu qiymətləndirməsinin əsasən doğru olduğunu etiraf etsə də sonradan mövqeyini dəyişib.
Bildirilir ki, ABŞ lideri köməkçiləri və müttəfiqləri ilə şəxsi söhbətlərində Vensin İranla müharibənin başlanması barədə qərarını açıq şəkildə müdafiə etməli olduğunu deyib.
Tramp hesab edir ki, Vitse-prezident seçki məğlubiyyətinin səbəblərini izah edərkən onun İranla bağlı qərarının düzgün olduğunu da vurğulamalı idi.
NYT yazır ki, Tramp eyni zamanda dövlət katibi Marko Rubio haqqında müsbət fikirlər səsləndirir. O, şəxsi söhbətlərində Rubionu 2028-ci il prezident seçkiləri üçün güclü namizəd kimi qiymətləndirib.
Qeyd edək ki, Vens və Rubio Respublikaçılar Partiyasından 2028-ci il prezident seçkilərində mümkün namizədlər sırasında göstərilirlər.