Polşa Prezidenti Karol Navrotski ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə qeyri-adi hədiyyə təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.
Bildirilib ki, Navrotski Trampa kəhrəba ilə zəngin şəkildə bəzədilmiş və “taxt” adlandırılan xüsusi kreslo hədiyyə edib.
Hədiyyənin hazırlanması və təqdim edilməsi ciddi məxfilik şəraitində həyata keçirilib. Hətta Polşanın Xarici İşlər Nazirliyi, ölkənin Vaşinqtondakı səfirliyi və Prezident Administrasiyasının bəzi əməkdaşları bundan xəbərsiz olublar.
Bildirilib ki, hədiyyə Trampın iyunun 14-də qeyd etdiyi 80 illik yubileyi münasibətilə təqdim olunub.