Modern.az

60 səsə görə 5 deputat kürsüsünü itirdilər

60 səsə görə 5 deputat kürsüsünü itirdilər

Dünya

9 İyun 2026, 11:34

Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası parlament seçkilərində keçid baryerini aşa bilməyib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, seçkilərdən dərhal sonra hakimiyyət Tsarukyana sövdələşmə təklif edib. Plana əsasən, partiya parlamentdə baş nazir Nikol Paşinyanın "cib müxalifəti" olmalı və lazım gəldikdə, məsələn, konstitusiya dəyişiklikləri zamanı hakimiyyətə lazımi səs çoxluğunu (3/5 nisbətində) təmin etməli idi.

Lakin Qaqik Çarukyan bu təklifdən qətiyyətlə imtina edib. Bu imtinadan dərhal sonra Mərkəzi Seçki Komissiyası partiyanın parlament baryerini keçə bilmədiyini elan edib. İddiaya görə, partiyanın parlamentdən kənarda qalmaması üçün cəmi 60 səs çatışmayıb.

Partiyanın mətbuat katibi İveta Tonoyan isə səslərin bu cür hesablanmasını "qəribə arifmetika" adlandırıb. 

Xatırladaq ki, partiya parlamentə keçid üçün tələb olunan 4% səddini aşsaydı 5 deputat kürsüsünə sahib olacaqdı.

Töhfə Səməd

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr