Modern.az

Rusiya Ukraynanın bu şəhərlərini vurdu, ölənlər var

Rusiya Ukraynanın bu şəhərlərini vurdu, ölənlər var

Dünya

Bu gün, 18:15

Rusiyanın Odessa vilayətinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Bundan başqa, Xersonda marşrut avtobusuna endirilən zərbə nəticəsində yaralananların sayı 9 nəfərə çatıb, onlardan biri ölüb. Həmçinin Rusiya ordusunun şəhərə növbəti hücumu zamanı daha 2 nəfər yaralanıb.

Xarkovda isə Rusiya ordusunun atdığı mərmilərdən biri fərdi yaşayış evinə düşüb. Şəhər meri bildirib ki, hadisə nəticəsində, 1-i yeniyetmə olmaqla, 6 nəfər xəsarət alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada