İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ-dan aldığı maliyyə yardımından imtina etməyi planlaşdırdıqlarını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə "News18" məlumat yayıb.
Netanyahunun sözlərinə görə, ABŞ-dan alınan maliyyə dəstəyi "işsizlik müavinəti" kimidir və o, İsrailin belə yardımdan asılı qalmasını istəmir.
Baş nazir bildirib ki, İsrail iqtisadiyyatı artıq "kiçik iqtisadiyyat" deyil və ölkə Vaşinqtondan aldığı dəstəyə uyğun ÜDM payını öz hesabına maliyyələşdirmək gücünə malikdir.
"İstəyirəm ki, bu proses elə bu ildən başlasın", - deyə Benyamin Netanyahu vurğulayıb.