Modern.az

Von der Layen İrəvanda sirləri açdı - Ermənilərə vizasız Avropa vədi

Von der Layen İrəvanda sirləri açdı - Ermənilərə vizasız Avropa vədi

Dünya

Bu gün, 14:37

Payızda Ermənistana Avropa İttifaqının (Aİ) yeni qiymətləndirmə missiyası gələcək. 

Modern.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib. O qeyd edib ki, səfərin məqsədi viza rejiminin liberallaşdırılması prosesindəki tərəqqini və yerdə qalan kriteriyaların yerinə yetirilməsini qiymətləndirməkdir.

Onun sözlərinə görə, Ermənistan hazırda Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması istiqamətində aktiv dialoq aparan yeganə tərəfdaş ölkədir.

Baş nazir Nikol Paşinyan isə öz növbəsində bildirib ki, Ermənistan hakimiyyəti 2029-cu ilə qədər vizasız rejimə nail olmağı planlaşdırır. Baş nazirin sözlərinə görə, bu məsələdə çox şey Ermənistanın islahatlar gündəliyini nə dərəcədə sürətli və keyfiyyətli şəkildə həyata keçirməsindən asılıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada