Modern.az

Zelenski: Rusiya cavabını alacaq

Zelenski: Rusiya cavabını alacaq

Dünya

2 İyul 2026, 23:08

Rusiya bu gecə Kiyevə kütləvi kombinə edilmiş hücumuna görə cavab verəcək.

Modern.az “RBK Ukraine” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski paytaxtın Darnitski rayonunda hücumun baş verdiyi əraziyə baxış keçirərkən deyib.

"Rusiya Kiyevə son zərbəsinə görə mütləq cavab alacaq", – Ukrayna dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Kiyevə son kütləvi zərbələri nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada