Modern.az

İspaniya və Fransada rekord istilər 2 min nəfərin ölümünə səbəb olub

İspaniya və Fransada rekord istilər 2 min nəfərin ölümünə səbəb olub

Dünya

2 İyul 2026, 23:26

İspaniya və Fransada iyun ayında müşahidə olunan rekord istilər nəticəsində 2 mindən çox ölüm qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilib ki, İspaniyanın Dövlət Meteorologiya Agentliyinin proqnozuna əsasən, şənbə günündən etibarən ölkəyə isti və quru hava kütləsi daxil olacaq. Gələn həftənin çərşənbə axşamı ölkənin cənub-şərqində havanın temperaturunun 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir. Yüksək temperaturun meşə yanğınları riskini artıracağı, xüsusilə yaşlılar və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər üçün təhlükə yaradacağı qeyd olunub.

Məlumata görə, iyun ayında İspaniyada yüksək temperaturla əlaqəli 1 029, Fransada isə təxminən 1 000 ölüm qeydə alınıb.

Alimlər isə Qərbi Avropada müşahidə olunan bu ekstremal istilərin iqlim dəyişikliyi ilə bağlı olduğunu bildirirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada