Xameneinin dəfn mərasimində üç oğlu iştirak edib, varisi Müctəba isə görünməyib
Modern.az xəbər verir ki, İranın öldürmüş ali lideri Ayətullah Əli Xameneinin üç oğlu atasının tabutu önündə cənazə namazında iştirak edib. Lakin onun varisi və İranın yeni ali lideri Müctəba Xamenei mərasimdə görünməyib.
İran dövlət televiziyası Mustafa, Meysəm və Məsud Xameneinin Tehrandakı Böyük Müsəlla məscidinin həyətində yerləşdirilən tabutların önündə dua etdiklərini əks etdirən görüntüləri yayımlayıb.
Mərasim zamanı Məsud Xamenei göz yaşlarını saxlaya bilməyib. O, İranda inqilabi idealların və fələstinlilərlə həmrəyliyin rəmzi hesab olunan dama-dama naxışlı kəffiyə ilə göz yaşlarını silərkən imam cənazə namazını qıldırıb.

Fevralın 28-də atası və ailəsinin digər üzvlərinin həlak olduğu hücum zamanı yaralandığı bildirilən Müctəba Xameneinin indiyədək heç bir yeni fotoşəkli və ya videomaterialı ictimaiyyətə təqdim olunmayıb.
Reuters agentliyinin Müctəba Xameneinin yaxın ətrafındakı mənbələrə istinadən yaydığı məlumata görə, hücum nəticəsində onun sifəti ciddi şəkildə zədələnib, həmçinin bir və ya hər iki ayağından ağır xəsarətlər alıb.