Modern.az

Şahbaz Şərif Trampa təşəkkür etdi

Şahbaz Şərif Trampa təşəkkür etdi

Dünya

Bu gün, 10:53

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampın Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış “Məkkə Birgə Müdafiə Sazişi”nə verdiyi dəstəyə görə təşəkkür edib.

Modern.az xəbər verir ki, Şahbaz Şərif saziş çərçivəsində üç ölkənin həm öz dövlətlərinin, həm də bütövlükdə regionun təhlükəsizliyinin təmin olunmasında “konstruktiv rol” oynayacağını bildirib.

Pakistanın Baş naziri, həmçinin Donald Trampın “cəsarətli və qətiyyətli liderliyini” yüksək qiymətləndirib.

Qeyd edək ki, Donald Tramp “Truth Social” platformasında paylaşımında Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın “nəhayət” sazişi imzalamasından “çox məmnun olduğunu” bildirib.

ABŞ Prezidenti razılaşmanı “böyük, cəsarətli və mühüm ilk addım” adlandırıb. O qeyd edib ki, saziş Yaxın Şərqin bir araya gəldiyini və region ölkələrinin özlərini “daha effektiv şəkildə” müdafiə edə biləcəklərini göstərir.

Xatırladaq ki, avqustun 7-də imzalanan sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum onların hamısına qarşı hücum kimi qiymətləndiriləcək.

Müsəlmanların çoxluq təşkil etdiyi dünyanın ən böyük iqtisadiyyatlarından üçünün təhlükəsizlik əməkdaşlığını gücləndirmək istiqamətində atdığı bu addım Yaxın Şərqdə hərbi gərginliyin və münaqişələrin artdığı bir vaxta təsadüf edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü