Dünyanın ən çox əhalisi olan 10 ölkəsində ümumilikdə 4,7 milyard insan yaşayır.
Modern.az xəbər verir ki, dünya əhalisinin təxminən üçdə biri Hindistan və Çinin payına düşür. Bu iki ölkədə ümumilikdə 2,89 milyard nəfərə yaxın insan yaşayır.
Hindistan 1,47 milyarddan çox əhali ilə dünyanın ən çox əhalisi olan ölkəsidir. Çin isə təxminən 1,41 milyard nəfərlə ikinci yerdə qərarlaşıb. Hindistanda əhali artmaqda davam etdiyi halda, Çində əhalinin sayı azalır.
Əhali sayına görə üçüncü yerdə ABŞ qərarlaşıb. Ölkədə təxminən 349 milyon nəfər yaşayır. Beləliklə, Çinin əhalisi ABŞ-dan təxminən dörd dəfə çoxdur.
İlk beşliyə 287,9 milyon əhali ilə İndoneziya və 259,3 milyon nəfərlə Pakistan da daxildir.
200 milyondan çox əhalisi olan digər ölkələr Nigeriya və Braziliyadır. Nigeriyada 242,4 milyon, Braziliyada isə 213,6 milyon insan yaşayır.
Siyahının səkkizinci pilləsində 177,8 milyon nəfər əhali ilə Banqladeş qərarlaşıb.
Rusiya 146 milyon nəfərə yaxın əhali ilə doqquzuncu yerdədir. Bu barədə Rusiyanın Dövlət Statistika Komitəsinin məlumatlarında qeyd olunur.
Dünyanın ən çox əhalisi olan ölkələrinin ilk onluğunu Efiopiya tamamlayır. Ölkədə təxminən 138,9 milyon insan yaşayır.
Əhalisinə görə dünyanın ən böyük 10 ölkəsi:
Hindistan – 1,47 milyard
Çin – 1,41 milyard
ABŞ – 349 milyon
İndoneziya – 287,9 milyon
Pakistan – 259,3 milyon
Nigeriya – 242,4 milyon
Braziliya – 213,6 milyon
Banqladeş – 177,8 milyon
Rusiya – 146 milyon
Efiopiya – 138,9 milyon