Modern.az

Tərtərdə maşın ağaca çırpıldı - Ölənlər var

Tərtərdə maşın ağaca çırpıldı - Ölənlər var

Hadisə

31 May 2023, 09:12

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib.

 

Məlumata görə, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Daha sonra maşın ağaca çırpıb. Nəticədə sürücü xəsarət alıb, sərnişinləri - 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!