Modern.az

“NIDA”çının qardaşı anasını qətlə yetirdi

“NIDA”çının qardaşı anasını qətlə yetirdi

Hadisə

Bu gün, 11:21

Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib.

Modern.az APA-ya istinadən məlumat verir ki, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, qadın “NIDA” Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, şübhəli şəxs qardaşıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var