Modern.az

Gündüz Abbaszadə "Qarabağ"dan ayrıldı

Gündüz Abbaszadə "Qarabağ"dan ayrıldı

İdman

13 İyun 2023, 15:47

"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə vəzifəsindən ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib.

 

Klub rəsmisi Abbaszadə ilə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını bildirib və onun yerinə hələlik təyinatın olmadığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, Gündüz Abbaszadə 2021-ci ilin fevralından "Qarabağ"da işləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları