Modern.az

Avstraliya DÇ-2034-ə ev sahibliyi etmək istəyir

Avstraliya DÇ-2034-ə ev sahibliyi etmək istəyir

İdman

4 Avqust 2023, 12:30

Avstraliya 2034-cü ildə kişilər arasında keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya müraciət ünvanlayıb.

 

Modern.az xəbər verir ki, bunu Avstraliya Futbol Federasiyasının baş direktoru Ceyms Conson açıqlayıb.

 

Federasiya rəsmisi bildirib ki, qadınlar arasında dünya çempionatına uğurla ev sahibliyi etdikləri üçün bu qərara gəliblər: “Qadınlar arasında təşkil olunan mundialı digər yarışlar üçün tramplin kimi görürük. Diqqətimizi DÇ-2034-ə və 2029-cu ildə reallaşacaq klublararası dünya çempionatına yönəldəcəyik”.

 

Qeyd edək ki, hazırda Avstraliya və Yeni Zelandiyada qadınlar arasında dünya çempionatı keçirilir. Yarışa avqustun 20-də yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!