Modern.az

İdmançımız 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazandı

İdmançımız 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazandı

İdman

4 Avqust 2023, 13:50

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 4-cü dəfə finala vəsiqə qazanıb.

 

Modern.az-ın məlumatına görə, üçqat paralimpiya çempionu 100 metr məsafəyə sərbəst üzməkdə 53.60 saniyə nəticə göstərib.

 

Final yarışı bu gün, Bakı vaxtı ilə saat 21:51-də başlayacaq.

 

Qeyd edək ki, Roman Saley dünya çempionatında artıq 3 medal qazanıb. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə butterflyay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV