Modern.az

Bu gün "Neftçi" - "Qarabağ" oyunu var 

Bu gün "Neftçi" - "Qarabağ" oyunu var 

İdman

Bu gün, 09:24

Misli Premyer Liqasının XXI turunda təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək.

Modern.az-ın məlumatına görə, matç "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.

Ağdam təmsilçisi çempionatda 59 xalla ikinci, Bakı klubu 44 xalla beşinci pillədə qərarlaşıb.

Xatırladaq ki, aprelin 26-da, XXIX turun oyununda "Qarabağ" rəqibini 5:1 hesabı ilə üstələyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu