Arxiv
25 Aprel 2016, 11:50 |
“Qoymadılar ki, Əkrəm Əylislinin qulağını kəsim”

Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı ilə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə arasında yaşanan qalmaqal müzakirə mövzusudur.

Qeyd edək ki, tərəflər himnlə bağlı yaranan mübahisəyə görə bir-birlərini döyəcəkləri ilə hədələyib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az saytına açıqlamasında bildirib ki, Araz Əlizadə ilə Akif Nağının siyasətçiyə yaraşmayan tərzdə verdikləri açıqlamalar qınanmalıdır.

“Mən istərdim ki, bu cür polemikalara son qoyulsun. Biz indi elə bir vəziyyətdəyik ki, ermənilərə qarşı döyüşmək lazımdır. İstərdim ki, Akif Nağı rəhbəri olduğu təşkilatın sədri kimi o yumruqları ermənilərə vursun”.

Partiya sədri Araz Əlizadəni də ittiham edib: “Araz Əlizadə kimi mənşəyi azərbaycanlı olmayan bir insanla belə polemikalara girməyə ehtiyac yoxdur. Arazdır da, qələt edib, bir söz deyib. Akif Nağı gərək ona bənd olmayaydı. Bu cür hərəkətlər siyasətlə məşğul olan insanlara yaraşmaz. Sadəcə olaraq istərdim ki, fikir bildirən insanlar elə danışsınlar ki, xalqımız və gəncliyimiz ondan faydalansın. Hər ikisini barışığa dəvət edirəm”.

Hafiz Hacıyev onu da bildirib ki, özü heç zaman opponentinə güc tətbiq etməyib.

“Mən qol gücü ilə tanınan siyasətçilərdən deyiləm. Mən ideoloji baxımdan bütün siyasətçilərin əksəriyyətinin cavabını vermişəm. Onları siyasi arenadan vurub çıxarmışam. Vurub çıxartmaq o demək deyil ki, təpikləyib, şillələyib, ağzının-burnunun qanını bir-birinə qatasan. Mən ideoloji mənada onları “qanlarına qəltan etmişəm”- deyə o, bildirib.

“Deyirsiniz ki, qol gücündən istifadə etmirsiniz, amma Cəmil Həsənliyə canlı efirdə stəkan tulladınız. Bu zorbalıq deyilmi” sualına isə Hafiz Hacıyevin cavabı belə olub:

“O bir məqam idi, oldu. Cəmil Həsənli payını almalı idi. Mən o zaman Əkrəm Əylislinin qulağını kəsmək üçün tapşırıq da vermişdim. Amma mənə nə qədər təzyiqlər oldu. Qoymadılar ki, Əkrəm Əylislinin qulağını kəsim. Hafiz Hacıyev uzaqgörən siyasətçilərdəndir”.

Partiya rəhbəri onu da əlavə edib ki, şəxsən özünü heç bir siyasətçi, şəxs döyməyib: “Hafiz Hacıyevi döyən hələ anasından olmayıb. Mənə qol gücü tətbiq edən bir insan özünün qəbrini qazmış olar. Hafiz Hacıyev zəif adam deyil. Qol gücüm də var, beyin gücüm də”. 

Aqşin Kərimov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54