Modern.az

Abituriyentlərin nəzərinə: TQDK-da yeni xidmət açıldı

Abituriyentlərin nəzərinə: TQDK-da yeni xidmət açıldı

7 İyun 2016, 11:26

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) yeni elektron xidmət istifadəyə verib.

Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına şəhər və rayon təhsil idarə və şöbələrindən onların tabeçiliyində olan ümumi orta təhsil müəssisələrinin məzunlarının təhsil haqqında sənədlərindən (attestat, şəhadətnamə və arayış) TQDK-nın keçirdiyi qəbul imtahanlarında istifadə edilib-edilməməsinə dair çoxlu sayda sorğu daxil olur.

"Sorğu məktublarının və onlara verilən cavab məktublarının kağız daşıyıcılarda hazırlanıb göndərilməsi həm vaxt itkisinə, həm də maliyyə vəsaitinin sərf olunmasına gətirib çıxarır. Bu problemi aradan galdırmaq və vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Təhsil idarə və şöbələrinə TQDK-nın elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi” elektron xidməti hazırlanmış və Elektron Hökumət Portalında yerləşdirib.

Şəhər və rayon təhsil idarə və şöbələri tərəfindən təyin olunmuş məsul şəxslər haqqında məlumatlar TQDK-ya təqdim edildikdən sonra onların adları istifadəçilər siyahısına əlavə ediləcək. Eyni zamanda, məsul şəxslər Elektron Hökumət Portalında mövcud autentifikasiya vasitələrindən birini istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Yalnız bundan sonra məsul şəxslər elektron xidmətdən istifadə etmək hüququna malik olacaqlar.

Xidmət vasitəsilə göndərilmiş sorğuya cavab elektron imza ilə imzalanmış fayl şəkildə veriləcək", - TQDK-dan bildirilib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər