Arxiv
7 İyun 2016, 15:10 | HADİSƏ
“Bu sahədə sərt qanunvericiliyə ehtiyac var” - Deputatdan TƏKLİF

 “Bu gün gənc nəslin siqaretlə bağlı çox ciddi problemləri var. Biz öz məsuliyyətimizi dərk edərək buna qarşı tədbirlər həyata keçirməliyik”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.

Komitə sədri qeyd edib ki, statistikaya görə Azərbaycanda əhalinin 40-60 faizi siqaret çəkir. “Əlbəttə bu rəqəmlər bizim üçün təssüfləndirici haldır. Gənclər arasında bu zərərli vərdişin yayılmasının, bəzən azyaşlı uşaqların siqaret çəkdiyinin şahidi oluruq. Düşünürəm ki,  bu sahədə sərt qanunvericiliyə ehtiyac var”.

Qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlərin olduğunu nəzərə çatdıran Fuad Muradov qeyd edib ki, bütün bunların bir araya toplanılaraq  siqaretin qadağası ilə bağlı ümumi bir qanunun qəbul edilməsinin tərəfdarıdır.

“Əlbəttə, burada kiminsə hüquq və azadlığının məhdudlaşdırılmasından söhbət getmir. Əksinə, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycana siqaretlə bağlı sərt qanunun olması insanların hüquqlarının qorunması, həmçinin bu zərərli vərdişin təbliğinin qarşısının alaınması üçün zəruridir. Bağçaların, məktəblərin, universitetlərin daxilində və həyətlərində, həmçinin turizm və iaşə obyektlərində siqaret çəkməyin qadağası və yüksək cərimələrin tətbiqi olmalıdır”.

Dünya praktikasında bəzi ölkələrdə hətta siqaretin çəkilməsi üçün az sayda yerlərin olduğunu diqqətə çatdıran Komitə sədri onu da əlavə edib ki, bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi daha əhəmiyyətlidir.

“Qanunvericiliklə yanaşı maarifləndirmə lazımdır. Daha çox televiziyalarda siqaret əleyhinə sosial reklamların çəkilərək verilməsi, həmçinin siqateri tərgitmək istəyənlər üçün tibbi və psixoloji mərkəzlərin yaradılması və genişləndirilməsi vacibdir. Həmçinin asudə vaxtın səmərəli təşkili, xüsusən də idman sahəsinə gənclərin yönləndirilməsi olmalıdır. Ölkəmizin demək olar ki, bütün bölgələrində idman kompleksləri var və fəaliyyət göstərir. Əvvəlcə ailədə valideyninlər, eyni zamanda gənclər təşkilatları, QHT-lər bu istiqamətdə daha fəal olmalı, gəncləri doğru yönləndirməlidirlər. Düşünürəm ki, kompleks şəkildə yanaşılsa bu problemin həlli istiqamətində müsbət irəliləyişlər əldə edə biləcəyik”.

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda keçmiş arvadını və polisləri yandırmaq istəyən şəxs tutuldu 17 Sentyabr 2019, 10:39 Balakəndə naməlum xəstəlik aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA 17 Sentyabr 2019, 10:33 Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI 17 Sentyabr 2019, 10:27 1-ci sinfə şagird qəbulunun vaxtı uzadıldı 17 Sentyabr 2019, 10:21 Gənc Tamaşaçılar Teatrının tavanı çöküb 17 Sentyabr 2019, 10:17 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 17 Sentyabr 2019, 10:13 Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ 17 Sentyabr 2019, 10:05 Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi 17 Sentyabr 2019, 09:58 Metrodakı sərnişin sıxlığının səbəbi AÇIQLANDI - YENİLƏNİB 17 Sentyabr 2019, 09:41 Ermənilər atəşkəsi 22 dəfə pozdular 17 Sentyabr 2019, 09:35 Mənəvi dəyərlər, qanunun aliliyi, ədəb-ərkan... - Doğum gününü qeyd edən KOMİTƏ SƏDRİ 17 Sentyabr 2019, 09:31 Telejurnalist Aytəkin Alxaslı təltif olundu - FOTO 17 Sentyabr 2019, 08:19 Müsavat başqanlığına yeni NAMİZƏD: “Partiyanın idarə olunması qənaətbəxş deyil” 17 Sentyabr 2019, 08:14 Bu günün məzənnəsi necə olacaq? 17 Sentyabr 2019, 08:06 Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57 Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək 16 Sentyabr 2019, 19:50