Modern.az

Azay Quliyev ATƏT PA-ya vitse-prezident seçildi

Azay Quliyev ATƏT PA-ya vitse-prezident seçildi

5 İyul 2016, 13:02

Xəbər verdiyimiz kimi, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Azay Quliyevin qurumun vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülmüşdü.

Modern.az
-ın xəbərinə görə, bu gün keçirilən səsvermə nəticəsində Azay Quliyev 119 səslə ATƏT Parlament Assembleyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, A.Quliyev bu vəzifəyə MDB və islam ölkələrindən yeganə namizəd idi.

Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeganə beynəlxalq mandata sahib olan ATƏT-də bu vəzifəyə seçilən ilk azərbaycanlıdır.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir