Arxiv
28 Oktyabr 2009, 13:46 | TƏHSİL
Abel Məhərrəmov: “BDU 90 illik yubiley hesabatına əlidolu çıxacaq”

Noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyi beynəlxalq səviyyədə qeyd ediləcək. Universitetin rektoru Abel Məhərrəmov Moden.az-a yubiley tədbirinin planlarından danışıb.

Rektor qeyd edib ki, MDB-yə daxil olan bütün ölkələrdən, həmçinin Çin, Koreya, Yaponiya, Ruminya, Fransa Almaniya, Amerika, Türkiyə və başqa dövlətlərdən nümayəndə heyətləri yubiley mərasimində iştirak edəcək: “70 nəfər qonağımız var ki, onlarda da 20-si rektorlardır. Bu tədbir dövlət səviyyəsində həyata keçiriləcək. Ölkə rəhbərinin sərəncamına uyğun olaraq hazırlıq işləri onun nəzarətindədir. Düşünürük ki, bu tədbirdə ölkə başçısı, respublikanın ali struktur rəhbərləri də iştirak edəcək. Hər halda, maraqlı bir tədbir olacaq. Bilirsiniz, yubiley hesabatdır. Ancaq biri var bu hesabatı ölkə çərçivəsində verəsən, biri də var dünya səviyyəsində. Qonaqlar çıxış edib ölkələrində BDU-nun necə tanınmasından danışacaqlar. Yəni onlar Azərbaycanın ilk ali təhsil ocağının dünya müstəvisində qiymət verəcəklər.

Demək olar ki, böyük miqyaslı hazırlıq işləri görülüb. Universitetin yeni akt salonu yenidən işlənib hazırlanıb. Heydər Əliyev məktəbi də yenidən qurulub. Bundan əlavə, universitetdə məhkəmə salonunun açılışı olacaq. Beynəlxalq hüquq, tarix fakültəsində konfrans zallarının, kimya fakültəsində yeni laboratoriyanın, ekologiya laboratoriyasının açılışı olacaq. Bu seriyadan çox yeniliklər var. Dediklərim əsas korpusla bağlıdır. Birinci və ikinci korpusda da böyük miqyaslı təmir işləri gedib”.

Rektor qeyd edib ki, hansısa xarici təhsil ocağının rəhbəri danışacaqsa, deməli, o, rəhbərlik etdiyi qurum adından BDU-ya qiymət verəcək: “BDU çalışacaq ki, bu hesabata əlidolu gəlsin. Mənə elə gəlir ki, bunu etmişik. “BDU-90” kitabı çap olunub. Oktyabrın 30 və 31-də universitetdə beynəlxalq konfrans keçiriləcək. Bu konfransda dünyanın 59 tanınmış alimi çıxış edəcək. Burada o cümlədən Azərbaycanın, BDU-nun alimləri də çıxış edəcəklər. Elmi konfransın materialları hazırdır. Dəqiq, humanitar və təbiət elmləri üzrə 1200-ə yaxın məruzə dinləniləcək. Demək istəyirəm ki, yubileyə yalnız təntənə ilə deyil, həm də elmi uğurlarla gəlmişik. Bu yeniliklər barədə məlumat veriləcək”.

A.Məhərrəmov deyib ki, universitetin yubileyə həsr olunmuş  kitabları da çıxıb: “Bir neçə dildə bukletlər də nəşr etdirmişik. Universitetin dünəni, bu günü və sabahı ilə bağlı da bir kitab təqdim edəcəyik, “Azərbaycanın maddi, mədəni abidələri” adlı da kitab buraxmışıq”.

Yubileylə bağlı unuversitet əməkdaşlarına Prezident tərəfindən mükafatların, fəxri adların verilməsi məsələsinə gəlincə, rektor deyib ki, onda olan məlumata görə, bu istiqamətdə də işlər gedir: “BDU-nun 80 illiyində Heydər Əliyev tərəfindən 69 nəfər əməkdaşımız mükafat aldı. Əminəm ki, 90 illik yubileydə mükafat alanlar bundan az olmayacaq. Ən azı 90 illik yubileydə 90 nəfər təltif oluna bilər”.

 

“Modern.az”

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Müdafiə Nazirliyi cəbhədəki SON vəziyyətlə bağlı məlumat YAYDI 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44