Arxiv
5 Avqust 2016, 17:04 | HADİSƏ
Şəhid Raquf Orucovun ailəsi 4 aydır müavinət ala bilmir

Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçimiz polkovnik-leytenant Raquf Orucovun ailəsi diqqətsizlikdən və etinatsızlıqdan şikayətlənib.

 

Modern.az saytı femida.az-a istinadən xəbər verir ki, bu barədə şəhid polkovnikin həyat yoldaşı Sevinc xanım danışıb. Onun sözlərinə görə, həyat yoldaşı şəhid olduqdan sonra uşaqları üçün verilməli olan aylıq müavinəti hələ də ala bilmir. Şəhidin həyat yoldaşı hətta aidiyyatı qurumların onu get-gələ saldığından da şikayətlənib.

 

“Mən bu sözləri cəmiyyət arasına çıxarmağa utanıram. Ancaq məni məcbur etdilər. Yoldaşım şəhid olandan bəri bir nəfər də olsun məmur bizimlə maraqlanmayıb. Sadə xalqdan başqa heç kim qapımızı döyməyib. Mən bunu ona görə deyirəm ki, arxamdan bir dağı, bir əzizimi itirmişəm. Raquf necə hərbçi olubsa, onu tanıyanlar yaxşı bilir. O, Milli Qəhrəman adına layiq olsa da, o adı vermədilər. Bütün olanları, haqsızlıqları keçdim. Ancaq bunun iki azyaşlı övladı var. Bu övladlara verilməli olan pul niyə indiyə kimi verilmir? Məni 4 aydır qapılarda süründürürlər. Halbuki bunu mən etməli deyiləm. Aidiyyatı qurumlar özləri bu işi həll etməlidir. Bir neçə gün bundan qabaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oldum. Orada məlum oldu ki, Müdafiə Nazirliyi lazım olan sənədləri onlara tam tərkibdə göndərməyib. Ölüm haqqında şəhadətnamə və digər sənədləri Müdafiə Nazirliyi onlara təqdim etməyibsə, necə uşaqlara pensiya kəsə bilərlər?

 

Bir daha deyirəm ki, bu hərəkət mənim yoldaşımın adına yaraşmır. Ayıbdır belə söhbətlə gündəmə gəlmək. Ancaq nə edim?! Özüm ali təhsilli hüquqşünasam. Hazırda işsizəm. Mənim uşaqlarımı kim böyütməlidir? O boyda zabiti itimişik biz. Budurmu şəhid ailəsinə qoyulan hörmət?

 

Yoldaşım 25 il vətənə xidmət edib. Onun ayağı şəhid olana kimi çəkmədən çıxmayıb, o, rahatlıq görməyib. İndi də diqqətsizlik bizi üzür. Mən müdafiə naziri cənab Zakir Həsənovla görüşmək istəyirəm”.

 

Xatırladaq ki, polkovnik-leytenant Raqub Orucov aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, aprelin 5-də Sumqayıtda böyük hörmət və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid polkovnikin anası da Qarabağ müharibəsi zamanı şəhid olub. Atası isə artıq yaşlı olduğu üçün hərəkət etməkdə çətinlik çəkir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA 5 Avqust 2020, 15:23 İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib 5 Avqust 2020, 15:20 Siyavuş Novruzov: “Kim korrupsiya ilə məşğuldursa, adı deyilsin” 5 Avqust 2020, 15:18 Kamran Əliyevdən 6 ayın HESABATI: “103 cinayət qrup zərərsizləşdirilib” 5 Avqust 2020, 15:17 Bakıda onlayn narkotik satan şəxslər saxlanıldı 5 Avqust 2020, 15:10 AQTA sədrinə yeni müavin təyin olunub 5 Avqust 2020, 15:03 Baş Prokurorluqda 100-dən artıq əmr ləğv edildi 5 Avqust 2020, 14:57 “Simpsonlar” Beyrutdakı partlayışla bağlı dünyanı heyrətləndirdi - FOTO 5 Avqust 2020, 14:55 Azərbaycanlı işçi Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”... 5 Avqust 2020, 14:43 Bu ölkələrə koronavirus yenidən qayıdır - SİYAHI 5 Avqust 2020, 14:40 Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir 5 Avqust 2020, 14:33 DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək 5 Avqust 2020, 14:29 Agentlikdən pandemiya ilə mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər barədə AÇIQLAMA 5 Avqust 2020, 14:25 Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib 5 Avqust 2020, 14:20 Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub 5 Avqust 2020, 14:13 Azərbaycanda COVID-19 virusuna yoluxmuş 10 nəfərə cinayət işi açılıb 5 Avqust 2020, 14:13 Baş Prokurorluqda generalın oğluna vəzifə verildiyi təzə xəbər deyilmiş - AÇIQLAMA 5 Avqust 2020, 14:10 Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42 Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb 5 Avqust 2020, 12:33