Modern.az

Paytaxtda 49 avtobus sürücüsü işdən çıxarılıb

Paytaxtda 49 avtobus sürücüsü işdən çıxarılıb

20 Sentyabr 2016, 19:07

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə cari ilin əvvəlindən 49 sürücünün işdən kənarlaşdırılması barədə göstəriş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, buna səbəb həmin daşıyıcı şirkətlərə məxsus xətlərdə istismar olunan avtobusların sərnişindaşıma zamanı qəza şəraiti yaratması olub. İşdən kənarlaşdırılanlar arasında avtobus sürücüləri ilə yanaşı dispetçerlər də var.

N.Allahyarova bildirib ki, 49 nəfərin işdən uzaqlaşdırılmasına sərnişin daşınmasında yol verilən kobud nöqsanlar, sürət həddinin aşılması, davranış qaydalarında yol verdikləri qüsurlar, qəza vəziyyətinin yaranması kimi qayda pozuntuları daxildir.

“İşdən azad olunan sürücülər arasında yenidən işə bərpa olunanlar da var. Sərnişindaşımada kobud qayda pozuntularına yol verən sürücülərdən bəziləri bir neçə aydan sonra həmin daşıyıcı şirkətlərin öz təlim bazasında təlim keçərək yenidən işə bərpa olunub”, - deyə N.Allahyarova vurğulayıb.


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir