Modern.az

Nazirlik Nərimanov rayonundakı  ağackəsənləri axtarır

Nazirlik Nərimanov rayonundakı  ağackəsənləri axtarır

4 Noyabr 2016, 14:44

Nərimanov rayonu Əliyar Əliyev küçəsi 25 ünvanında ağacların kəsilməsi ilə bağlı 3 noyabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə şikayət daxil olub. Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 


Modern.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, araşdırma zamanı sözügedən ünvanda diametri 40 sm olan 1 ədəd tut və diametri 25 sm olan 1 ədəd sərv  ağacının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə müraciət edilib.



Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir