Modern.az

Son beş ayda 1400 nəfərə ipoteka krediti verilib

Son beş ayda 1400 nəfərə ipoteka krediti verilib

3 Noyabr 2009, 16:03

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 1 iyun 2009-cu il tarixindən ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından 1 noyabr 2009-cu il tarixinədək 1400 nəfərə yaxın vətəndaşa ümumi həcmi 59 milyon manat təşkil edən ipoteka krediti verilib.
2009-cu ilin oktyabr ayında 12 milyon manat məbləğində ipoteka krediti verilib, 300-ə yaxın ailə öz yaşayış-mənzil şəraitini yaxşılaşdırıb.
Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 134 milyon manat keçib. Nəticədə 3400-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir