Modern.az

Qıza görə adam öldürən şəxsə 16 il iş kəsildi

Qıza görə adam öldürən şəxsə 16 il iş kəsildi

25 Noyabr 2016, 18:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Modern.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.



İttihama görə, ötən il iyun ayının 29-da Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Kamran Həsənzadə yaşadıqları binaya gələrək qız yola salan 1990-cı il təvəllüdlü Nazim Ələkbərovu öldürüb.



K.Həsənzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirləndirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu