Modern.az

Bəzi marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib

Bəzi marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib

25 Noyabr 2016, 20:03

Bakıətrafı qəsəbələrə gedən bəzi marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən 131, 172, 189 saylı marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib və müvafiq tövsiyələr verilib. Sürücülərin mütəmadi olaraq etik davranış qaydalarına, avtobuslararası intervala riayət etməsi, həmçinin sərnişinlə dolu avtobuslarla yanacaqdoldurma məntəqəsinə girməməsi ciddi şəkildə tapşırılıb.

 

Həmçinin sürücülərin xəttə çıxmamışdan əvvəl maarifləndirilməsi, təlimatlandırılması tapşırılıb.

 

Bundan başqa, 189 saylı marşrut xəttinin 2 avtobusunda texniki problem olduğu üçün xətdən çıxarılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı