Arxiv
24 mart 2011, 13:53 | İQTİSADİYYAT
"Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabı daha bir dilə tərcümə olunub

  

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın və "Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı jurnalist Akif Aşırlının həmmüəllifi olduğu "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabı Türkiyə turkcəsində çap edilib. Kitab erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun köməyi ilə 1990-cı il martın 23-dən 24- nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırım faktlarından bəhs edir. Qeyd edək ki, kitap 2010-cu ildə ingilis dilində çap edilərək bir sıra xarici ölkələrdə yayılmış və maraqla qarşılanmışdır. Türkiyə türkcəsində nəşr olunmuş  "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının yaxın vaxtlarda Türkiyənin bir sıra şəhərlərində təqdimatı keçiriləcəkdir. Bundan sonra kitablar bu ölkənin millət vəkillərinə, ictimai-siyasi xadimlərinə, KİV-nə, qeyri-hökumət təşkilatlarına, universitetlərə və kitabxanalara paylanılacaq.

 

Kitabda 1990-cı il martın 24-də erməni silahlılarının keçmiş sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum etməsindən, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirilməsindən, diri-diri ocaqda yandırılmasından bəhs olunur.

 

Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunmuşdur. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub.  Onlarla insan qətlə yetirilib və yaralanıb.

 

Kənddə həmin gün 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə quldurcasına qarət edilmişdir. Faciə zamanı Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıb. Alməmməd Məhərrəmov həyətindəki ot tayasına atılaraq diri-diri ocağa qalanıb. Qətlə yetirilən insanların böyüyü  75 yaşında Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan  39 günlük Hafiz olub. Bağanıs Ayrım kəndi 1990-cı il avqust ayının 20-də Ermənistan hərbi birləşmələri tərəfindən tamamilə  işğal edilib və yandırılıb.

"Ermənilərin törətdiyi soyqırım qurbanı - Bağanıs Ayrım" kitabında burada törədilmiş soyqırım faktlarını oxuculara çatdırır.  Qeyd edək ki, kitabda əksini tapan faktlar istintaq materiallarından götürülmüşdür. Kitabda müəlliflərin soyqırımın şahidləri ilə söhbətləri və şahidlərin xatirələri öz əksini geniş şəkildə tapmışdır. Kitabın baş məsləhətçisi, Azərbaycan Respublikasının Baş prokrorunun müavini, Respublikanın hərbi prokuroru Xanlar Vəliyevdir.

Kitabın çap olunmasında məqsəd beynəlxalq ictimaiyyəti ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Azərbaycanın Ermənistanla həmsərhəd olan digər bölgələrində(Qazax rayonunda) törətdikləri işğalçılıq və soyqırım siyasəti barədə daha geniş məlumatlandırmaqdır. Kitabın həmmüəllifi, millət vəkili Qənirə Paşayeva bu barədə öz fikirini daha dəqiq və konkret ifadə edir:   “Kitab vasitəsiylə dünyaya Bağanıs Ayrım soyqırımını çatdırmaq istəyirik. Çünki bəzən elə təsəvvür yaranır ki, Ermənistan təkcə Qarabağ və ətraf rayonlarda soyqırım törədiblər. Lakin Ermənistan dövləti, onun silahlı qüvvələri Qazax rayonunun yeddi kəndini işğal ediblər. Bu kitabda erməni vandalizmi konkret sənədlər, faktlar və fotomateriallarla sübut olunur.

Kitabda Bağanıs Ayrım soyqırımının şahidlərinin, ailəsi soyqırıma məruz qalanların ifadələri də yer alıb".

 

 

Modern.az

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu komandalar Avropa Liqasının 1/8 finalında 28 Fevral 2020, 00:30 Bakıda “Bakubus” avtobusları dezinfeksiya edilir 28 Fevral 2020, 00:17 DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrindən 32 il ötür 28 Fevral 2020, 00:01 Azərbaycanda biotəhlükəsizlik laboratoriyaları açıldı - FOTO 27 Fevral 2020, 23:41 Alimlər havasız yaşaya bilən canlı aşkarladılar 27 Fevral 2020, 23:22 Sabirabadda müəllimə bıçaqlandı 27 Fevral 2020, 23:06 Azərbaycanda koronavirusa görə məktəblər bağlanacaq? 27 Fevral 2020, 22:48 Daşkəsəndə gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb 27 Fevral 2020, 22:33 Bu ölkədə koronavirusdan ölənlərin sayı 17-yə çatdı 27 Fevral 2020, 22:19 WhatsApp qruplarının təhlükəsizlik problemi 27 Fevral 2020, 22:01 “Ermənicə-Azərbaycanca lüğət” çap edildi 27 Fevral 2020, 21:46 İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir 27 Fevral 2020, 21:32 Avropadan Türkiyəyə qarşı gözlənilməz addım 27 Fevral 2020, 21:18 “Azərbaycan İranla sərhəddə səyyar  hospitallar təşkil edir”  - RƏSMİ 27 Fevral 2020, 21:02 Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib 27 Fevral 2020, 20:45 Azərbaycanlı şahmatçı birinci oldu 27 Fevral 2020, 20:29 “Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir” - ÜST 27 Fevral 2020, 20:14 Şura SƏLİS-ə yeni xidmətlər əlavə edəcək - FOTOLAR 27 Fevral 2020, 20:00 Prezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun” 27 Fevral 2020, 19:58 Azərbaycanda koronavirusa görə qərargah YARADILDI 27 Fevral 2020, 19:50 Mobil səhra laboratoriyası koronavirusla bağlı hazır vəziyyə gətirildi - Əhaliyə çağırış 27 Fevral 2020, 19:46 MŞ-da Xəzəryanı ölkələrin jurnalistlərinin görüşünün təşkili müzakirə olundu 27 Fevral 2020, 19:40 Turizm Agentliyi koronavirusla bağlı vətəndaşlara müraciət ETDİ 27 Fevral 2020, 19:29 İranda universitetlərdə də dərslər dayandırıldı - Koronavirusa görə 27 Fevral 2020, 19:16 Doğum gününü 4 ildən bir qeyd edən AZƏRBAYCANLILAR 27 Fevral 2020, 19:03 Partiyalar hökumətdən ofis istəyib – Pənah Hüseynin PA-dakı görüşünün sirrləri 27 Fevral 2020, 18:48 Rusiya sabahdan İranla hava əlaqəsini məhdudlaşdırır 27 Fevral 2020, 18:43 DİN və Baş Prokurorluqdan Yardımlıdakı cinayətlə bağlı AÇIQLAMA 27 Fevral 2020, 18:36 İranın vitse-prezidenti də koronavirusa yoluxdu 27 Fevral 2020, 18:18 Keçmiş səfir koronavirusdan öldü 27 Fevral 2020, 18:16 Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub - FOTO 27 Fevral 2020, 18:07 Sumqayıt hadisələri barədə obyektiv yazı erməniləri TƏŞVİŞƏ SALDI 27 Fevral 2020, 18:00 UNEC-də beynəlxalq konfrans - FOTO 27 Fevral 2020, 17:56 Pənah Hüseyn Prezident Administrasiyasındakı görüşdə 4 partiyanı təmsil edib 27 Fevral 2020, 17:50 BMU-də icbari tibbi sığorta  ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTO 27 Fevral 2020, 17:44