“Ötən sutka ərzində respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 2 nəfər həlak olub,13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Bu haqda Modern.az-a Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
K.Əliyevin sözlərinə görə, ölümlə nəticələnən hadisələrin hər ikisi paytaxtda qeydə alınıb:
“Piyadaların ölümü ilə nəticələnən qəzaların hər ikisi Bakı şəhərinin Nizami rayonunda baş verib”.
Şöbə rəisi qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq sürücüləri və piyadaları diqqətli olmağa çağırıb.
Gülşən RAUFQIZI