Modern.az

Bu gün iki Milli Qəhrəmanın doğum günüdür

Bu gün iki Milli Qəhrəmanın doğum günüdür

Aktual

29 Mart 2020, 09:50

Modern.az saytının məlumatına görə, bu gün Azərbaycanın Milli qəhrəmanları Etibar İsmayılovla İlqar İsmayılovun doğum günüdür.

Azərbaycanın Milli Qəhrəmanı Etibar Bəylər oğlu İsmayılov 1964-cü il martın 29-da Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. O, 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edib, Ağdam özünümüdafiə batalyonunda vuruşub, Naxçıvanik, Şelli, Xocavənd istiqamətlərində qəhrəmanlıq nümunələri göstərib.

1994-cü il yanvarın 4-də Xocavənd rayonu Qarakənd kəndi istiqamətindəgedən döyüşlərdə  kəşfiyyat qrupunun tərkibində düşmənlə qeyri-bərabər döyüşə girərək sonadək vuruşub, güllələri qurtardıqdan sonra son qumbrası ilə düşmən tankının altına atılıb, düşmənin tankını sıradan çıxarıb, canlı qüvvələrini məhv edib, özü də qəhrəmanlıqla həlak olub və əsgər yoldaşlarının mühasirədən çıxmasına şərait yaradıb. Milli Qəhrəmanın meyiti döyüş meydanında qalıb.
Hazırda Hindarx orta məktəbi onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.


İlqar Sədi oğlu İsmayılov
1959-cu il martın 29-da Bakı şəhərində anadan olub. Daxili İşlər Nazirliyinin kapitanı rütbəsinə yüksələn Milli Qəhrəman Şuşanın Malibəyli, Meşəli kəndlərində, Ağdam rayonu ərazisində gedən qanlı döyüşlərdə iştirak edib. Onun rəhbərliyi altında bir sıra kəşfiyyat əməliyyatları həyata keçirilib və nəticədə ermənilər tərəfində döyüşən bir neçə xarici vətəndaş əsir götürülüb.

İ.İsmayılovun rəhbərlik etdiyi 128 nəfərlik dəstə 1992-ci ilin payızında düşmənə ağır zərbə vuraraq Laçın rayonu ərazisində yerləşən Qızartı yüksəkliyini ələ keçirib. Azərbaycan xalqının igid oğlu oktyabrın 1-də qəhrəmancasına həlak olub.

Qeyd edək ki, milli qəhrəman İ.İsmayılov Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Bakıda olan küçələrdən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır