Modern.az

“Azərbaycan məhsulları” jurnal-kataloqunun ilk sayı nəşr edilib

“Azərbaycan məhsulları” jurnal-kataloqunun ilk sayı nəşr edilib

9 Noyabr 2009, 12:28

“Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan məhsulları” jurnal-kataloqunu nəşr edib.

Yerli sahibkarları və milli istehsalı təbliğ edən, nəfis tərtibatda nəşr olunan 132 səhifəlik  jurnal –kataloqa respublikamızın 24 aparıcı şirkətinin nailiyyətləri və onların məhsulları haqqında geniş informasiya daxil edilib. Həmin şirkətlər tikinti və inşaat, qida emali, mebel və interyer, bank və sığorta, avtomobil, təhsil, qiymətləndirmə və digər sektorları təmsil edirlər.

Jurnal-kataloqda “Dünya qızıl bazarının özəllikləri”, “Şokalad haqqında”, “Respublikanın xarici ticarətinin vəziyyəti”, “İdxal – ixrac əməliyyatları” və s. analitik məqaqallər, həmçinin təmir işlərində boyanın istifadəsi ilə bağlı təlimatlar yer alıb.

Layihənin rəhbəri Cəsarət Hüseynzadə Modern.az-a bildirib ki, jurnal-kataloqun davamlı nəşr olunması üçün yerli istehsalla məşğul olunan şirkətlərlə geniş əlaqələr yaradılıb. Bu sırada “Şirin” MMC, “NB Group” ASC,  “Ankala” MMC,  “Karmen” MMC, “Hakan Foods”, “Ulduz” Şokalad Fabriki , “Araz” kursaları, GRBS və bəzi digər yerli şirkətlər var. Layihə icraçıları jurnal-kataloqda yerli firmaların təqdimatı ilə yanaşı istehsalat və iqtisadiyyatın bütün sahələri ilə bağlı analitik materialların hazırlanmasını nəzərdə tuturlar.

“Şəmsi Əsədulayev” Xeyriyyə İctimai Birliyinin sədr müavini Cəsarət Hüseynzadənin sözlərinə görə, jurnal-kataloq Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən “Yerli məhsulların təbliği və virtual satış mərkəzinin yaradılması” layihəsi çərçivəsində nəşr edilib.

Sözügedən layihə çərçivəsində həmçinin, Virtual satış mərkəzi – www.vsm.az  saytı yaradılıb. Virtual satış mərkəzi 200 yaxın müəssisə ilə əlaqələr yaradıb, 150-dən artıq firma, 400-ə yaxın məhsul haqqında məlumat informasiya bazasına daxil edilib və bu proses sürətlə davam etməkdədir. Virtual satış mərkəzinin bazasına hər bir fərdi sahibkar (fiziki şəxs) firma (müəssisə, holdinq) özu, istehsal etdiyi məhsul haqqında informasiyanı, həmçinin öz elanlarını ÖDƏNİŞSİZ olaraq yerləşdirə bilər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər