Arxiv
9 Noyabr 2009, 16:29 | PARLAMENT
Iranlı deputatlar Milli Məclisdə olublar

Noyabrın 9-da Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri  ölkəmizdə səfərdə olan İran İslam Cümhuriyyəti İslam Şurası Məclisinin  Sosial  məsələlər  komissiyasının  sədri Süleyman Cəfərzadənin  başçılıq  etdiyi  nümayəndə  heyəti  ilə  görüşüblər. İran parlament nümayəndə heyətinin  üzvləri Milli Məclisin iclas zalı, yeni tikilmiş korpusu ilə tanış olublar, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.
Milli Məclisin Mətbiat xidmətindən verilən məlumata görə, komitə sədri Hadi  Rəcəbli parlamentin qanunvericilik bazası,  rəhbərlik etdiyi komitənin  fəaliyyəti,  qanun  yaradıcılığı prosesi, demokratik  dövlət  quruculuğu, azad vətəndaş cəmiyyəti, insan  hüquqlarının  qorunması, söz  və mətbuat  azadlığı  barədə qonaqlara ətraflı  məlumat verib.  O, İranla Azərbaycan arasında iqtisadi, humanitar və parlamentlərarası  əlaqələrin  çox yüksək səviyyədə  olduğunu  vurğuladı, hər iki ölkənin  parlamentlərarası  dostluq  qruplarının  səmərəli  fəaliyyətindən  söhbət  açıb. Qeyd  olunub ki, bu cür səfərlər təkcə qanunverici orqanlar arasında deyil, ölkələrimiz arasında da münasibətlərin dərinləşməsinə və möhkəmlənməsinə xidmət edir.
Süleyman  Cəfərzadə qonaqpərvərliyə və ətraflı məlumata  görə  minnətdarlığını  bildirib. O da, öz  növbəsində  İran  parlamentinin  strukturu,  qanunvericilik  bazası  barədə  məlumatları  diqqətə  çatdırıb.  Müvafiq parlament komitələrinin qarşılıqlı fəaliyyətinin, təcrübə  mübadiləsinin  əhəmiyyətindən söhbət  açıb. Qonaq  bildirib ki, İran yaxın qonşusu olan  Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. O, deyib ki, İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Görüşdə ölkəmizdə sosial sahənin inkişaf perspektivləri, iqtisadi infrastrukturun möhkəmləndirilməsi, ünvanlı  sosial  sığorta  yardımı və digər  məsələlər barəsində geniş fikir mübadiləsi  aparılıb.      
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir şəklin tarixçəsi: İlham Əliyev Şuşada - FOTO  30 Oktyabr 2020, 09:25 Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək? - Qanun belə deyir... 30 Oktyabr 2020, 09:06 Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü 30 Oktyabr 2020, 09:00 “Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:55 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23