Modern.az

“Bu mənim başıma ona görə gəldi ki...”

“Bu mənim başıma ona görə gəldi ki...”

Dünya

10 Noyabr 2009, 17:48

Qətlə yetirilən jurnalistin cəsədinin üstündən məktub da tapılıb: “Bu mənim başıma ona görə gəldi ki...” Meksikada daha bir jurnalist - “El Tiempo de Duranqo” qəzetinin kriminaldan yazan müxbiri José Vladimir Antuna Qarsía qətlə yetirilib. Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) məlumat daxil olub. Məlumatda bildirilib ki, bir gün əvvəl öz avtomobili ilə gedərkən naməlum şəxslər tərəfindən saxlanılan və oğurlandığı ehtimal edilən jurnalistin bədənində güllə yaraları ilə yanaşı boğazında boğulduğu aydın seçilən izləri aşkarlanıb. Qətlə yetirilən jurnalistin cəsədinin üstündən isə bu sözlər yazılmış məktub tapılıb: “Bu mənim başıma ona görə gəldi ki, hərbidən yazılması lazım olmayan şeyləri yazdım. Bu məsələdən yazanda ehtiyatlı olun! Hörmətlə, Vladimir” BMİ rəhbərliyi Meksika hakimiyyətini bu ölkədə jurnalist qətllərinə son qoyulması və cinayətkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlər görməyə çağırıb. BMİ-nin direktor müavini Alison Betel Mckenzie deyib: “Məğrur həmkarımızın ölümündən çox kədərləndik. Ailəsinə baş sağlığı verir və Meksika dövlətindən jurnalistlərin öldürülməsi ilə əlaqədar işlərin ədalət məhkəməsinə çıxarmalarını xahiş edirik”. Qeyd edək ki, hələ bu ilin aprelində José Vladimir Antuna Qarsíaya ilk sui-qəsd cəhdi olmuşdu. Jurnalist evindən çıxaraq işə gedərkən naməlum silahlı şəxs ona atəş açıb. Amma o zaman Antuna Qarsía geriyə-evinə qaçmaqla canını qurtara bilmişdi. Antuna Qarsía bu il “El Tiempo de Duranqo” qəzetinin qətlə yetirilmiş ikinci jurnalistidir. Ondan əvvəl isə Karlos Orteqa Samper güllə ilə başından vurularaq öldürülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir