Arxiv
14 Aprel 2017, 09:24 | MÜSAHİBƏ
“Şamaxıdakı üzüm bağlarımın məhsulundan özümə şərab çəkirəm” - MÜSAHİBƏ

Rüstəm İbrahimbəyov: “Yaxın vaxtlarda Azərbaycana gəlmək planım yoxdur”
 

Tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Azərbaycana nə vaxt gəlməsindən tutmuş, şəxsi obyektlərinin olması barədə səslənən fikirlərlə bağlı Modern.az saytına müsahibə verib.

- Rüstəm müəllim, öncə ənənəvi sualla söhbətə başlamaq istəyirəm. Səhhətiniz necədir?

- Səhhətimlə bağlı onu deyə bilərəm ki, hər şey qaydasındadır. Əvvəlki illərə baxanda indi özümü gümrah və sağlam hiss edirəm.

- O zaman yaradıcılığınızın da öz axarı ilə davam etməsini demək olar.

- Əlbəttə, tez-tez kino çəkilişləri ilə bağlı Amerikaya səfər edirəm. Fransaya da gedib-gəlirəm. Kino sahəsi zövq aldığım işdir. Ona görə də bu sahə ilə bağlı görülən işlərdən yorulmuram.

- Dünyanın bir çox ölkələrinə gedirsiz, amma Azərbaycana gəlmirsiz. Belə söhbətlər var ki, arada gizlin Azərbaycana gəlirsiniz. Yaxın vaxtlarda Bakıya açıq səfər etməyi planlaşdırırsınızmı?

- Xeyr. Yaxın vaxtlarda planımda Azərbaycana gəlmək yoxdur. Gizlin gəlişim isə doğru məlumat deyil.

- Belə fikirlər də səsləndirilir ki, sizin Azərbaycanı tərk etməyinizə səbəb sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Yəni bəzi obyektlərinizi o, əlinizdən alıb.

- Bunu kimsə deyə bilməz. Məni Azərbaycandan kimsə didərgin salmayıb. Vacib informasiya yaddaşa bağlı məsələdir. Kimsə məcbur etməyib ki, “Azərbaycanı tərk elə”. Vətənimi özüm tərk etmişəm. Hazırda Azərbaycana qayıtmaq  fikrim yoxdur. Çünki bu gün Azərbaycanda yaşamaq mənim üçün çox çətindir.

- Bir vaxtlar Bakıda “İbrus” teatrınız fəaliyyət göstərirdi. İndi həmin teatrın taleyi nə yerdədir?

- Həmin teatr indi fəaliyyət göstərmir. Aktyorlara təzyiq olunduğuna görə teatr bağlanıb. “İbrus” teatrını 2001-ci ildə yaratmışam. Onu da deyim ki, həmin yer şəxsi mülküm olmayıb. Oranı icarəyə götürəndə boş yer idi. Boş yeri alıb bina tikdim və teatr qurdum. İcarə müddəti 2018-ci ilə qədər idi. Hazırda bina yerindədir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır.

- “İbrus” teatr binası ilə bağlı hər hansı borcunuz qalmayıb ki?

- Xeyr. Bir qəpik də olsa, heç kimə borcum yoxdur.

- Hətta bir ara mətbuat səhifələrində şərab zavodlarınızın olması barədə informasiyalar yer almışdı. Doğrudanmı, sizin bir neçə obyektiniz, zavod, fabrikiniz var?

-Doğru deyil. Heç zaman  zavodum, fabrikim olmayıb. Sadəcə, bir hektardan da az torpaq sahəm var. O da Şamaxı rayonunun Muğanlı kəndidədir. Həmin kənddə üzüm bağlarım var. Həmin məhsuldan özüm üçün şərab düzəldirəm.

- Amma neçə illərdir ki, Azərbaycana gəlmirsiniz. Üzüm bağlarınız tələf olmayıb ki?

- Xeyr. Üzüm bağlarım tələf olmayıb. Mən Azərbaycana gəlməsəm də ailəm, yaxınlarım bağıma nəzarət edir.

- O zaman şərab hazırlamağı bacarırsınız.

- Bacarıram. Özüm üçün xüsusi şərab hazırlamaq üçün bunu öyrənmişəm.

 

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Müasir kimyanın problemləri və inkişaf tendensiyaları" mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək   23 Oktyabr 2020, 10:07 Xorvatiya mətbuatında Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunur - Səfir 23 Oktyabr 2020, 09:52 Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF 23 Oktyabr 2020, 09:46 Bakıda iki nəfər köməksiz qaldı 23 Oktyabr 2020, 09:40 Azərbaycanın meşə sahəsinin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir 23 Oktyabr 2020, 09:34 “Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11