Modern.az

Bu şəxslər üçün SIM-kart alışı sadələşdirildi

Bu şəxslər üçün SIM-kart alışı sadələşdirildi

Aktual

4 May 2017, 21:13

Azərbaycanın mobil rabitə operatorları Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar xarici vətəndaşlar üçün SIM-kart satışlarını sadələşdirib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, sadələşdirilmiş üsul turist və iştirakçılara mobil nömrələri bir ay ərzində rəsmiləşdirmə zərurəti olmadan almağa imkan verəcək: "Bu yenilik iyunun 1-dək davam edəcək, ondan sonra nömrə sahibləri mobil rabitə xidmətlərinin təchizatçısı ilə müqavilə bağlamalıdır".

Xarici vətəndaşlar SIM-kartı şəxsiyyəti təsdiq edən dörd sənəddən birini - miqrasiya kartı, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya müvəqqəti qeydiyyat haqqında sənədi təqdim etməklə ala bilər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır