Arxiv
8 May 2017, 23:04 | AKTUAL
9 May - Böyük Qələbənin böyük rəqəmləri

Alman faşizmi üzərində qələbədən 72 il ötür.

Tarixin səhifələrinə bu möhtəşəm qələbə nə qədər böyük hərflərlə yazılıbsa, qələbənin təmin olunmasında da bir o qədər böyük itkilər olub.


Modern.az-ın məlumatına görə, Böyük Vətən müharibəsi 1418 gün davam edib.

Müharibə dövründə sovetlər birliyindən 27 milyona yaxın insan həlak olub.

Hərbi əməliyyatlar nəticəsində 15 milyona yaxın hərbçi və dinc əhali yaralanıb.

Böyük Vətən müharibəsi illərində SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavod, 65 min kilometr dəmiruolu xətti dağıdılıb.

Müharibə zamanı almanlar tərəfindən Ukraynanın 334 yaşayış məntəqəsi sakinləri ilə birlikdə yandırılıb.

Ümumilikdə, Sovet İttifaqına 128 milyard ziyan dəyib və o öz maddi sərvətlərinin üçdə bir hissəsini itirib.

Böyük Vətən müharibəsinin ən dəhşətli və ağır dövrlərindən 880 günü Leninqradda yaşanıb. Belə ki, Leninqrad 880 gün düşmən mühasirəsində qalıb. Bu ərəfədə 800 mindən artıq insan aclıqdan və soyuqdan həlak olub.

Müharibə illərində kütləvi informasiya vasitələrinin nümayəndələri cəbhələrdə böyük fəallıq göstərərək peşə borclarını ləyaqətlə yerinə yetiriblər. Müharibə zamanı 1500 nəfər müxbir döyüş bölgələrində həlak olub.

Müharibədə göstərdikləri şücaət və qəhrəmanlıqlara görə 7 milyon nəfər müxtəlif orden və medallara layiq görülüb. Onlardan 11633 nəfər Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif olunub.

Böyük Vətən müharibəsində 800 mindən artıq qadın iştirak edib. Bu qadınlardan 84 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibə illərində SSRİ-də 120 min təyyarə, 90 min tank, 360 min top, 300 min minamyot istehsal olunub.

1945-ci ildə Berlində keçirilən hərbi əməliyyat öz miqyasının böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Həmin əməliyyatda hər iki tərəfdən 3.5 milyon adam, 52 min hərbi sursat, 7750 tank və 11 min təyyarə iştirak edib.

SSRİ-də 17 il Qələbə bayramı qeyd olunmayıb. 1948-ci ildən 1965-ci ilə qədər 9 may adi iş günü sayılıb və bayram təntənələri keçirilməyib. 1965-ci ildə qələbənin 20 illik yubileyindən sonra 9 may rəsmi bayram kimi qeyd olunmağa başlanıb və iş günü sayılmayıb.

İlk qələbə paradı Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1945-ci ilin iyunun 24-də Moskvada Qızıl meydanda keçirilib. Stalinin əmri ilə paradı Sovet İttifaqı Marşalı Georgi Jukov qəbul edib.

Alman faşizmi üzərində qələbənin təmin olunmasında azərbaycanlıların da rolu az olmayıb. 1941-1945-ci illər ərzində 600 mindən artıq azərbaycanlı ən qızğın döyüş bölgələrində düşmənə qarşı mübarizə aparıblar. Göstərdikləri şücaətlərə görə həmvətənlərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.

Qələbənin təmin olunmasında Bakı nefti ən əsas amillərdən biri olub. 1941-ci ildə neftin istehsalı 23 milyon tona çatıb. Bu isə SSRİ-də istehsal olunan ümumi neftin təxminən 75 faizi demək idi. Bir faktı xatırlatmaq kifayətdir ki, Böyük Vətən müharibəsi illərində hər beş hərbi texnikanın dördü Bakı neftinin hesabına işləyib. Ümumilikdə müharibə ərəfəsində neftçilərimizin gərgin əməyi sayəsində Azərbaycan müharibə üçün 80 milyon tona yaxın neft, 23 milyon ton benzin və digər yanacaq məhsulları verib.

 

İlham Cəmiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47 Oğurluq edib, sonra evi yandıran şəxslər saxlanıldı - FOTO 10 İyul 2020, 11:41 Mehriban Əliyeva virusa yoluxmuş daha bir həkimlə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15 Hacıqabulda reydlər davam edir - FOTO 10 İyul 2020, 11:09 “5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56