Modern.az

Müsavatdan istefa verənlərdən kimlər geri qayıdıb...  

Müsavatdan istefa verənlərdən kimlər geri qayıdıb...   

Aktual

10 İyul 2017, 09:28

Zaman-zaman siyasi partiyalardan istefa edənləri görürük. Bununla yanaşı, istefa verdikləri partiyaya yenidən qayıtmaq istəyənlər də az olmayıb. Eyni hal Müsavat Partiyasında da müşahidə edilir.

Maraqlıdır, hazırda Müsavat Partiyasına geri dönüb yenidən fəaliyyətini davam etdirmək üçün ərizə verənlər varmı?

“Belə hallar həmişə olub, olur və bundan sonra yenə də olacaq”

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib ki, bununla bağlı partiyanın nizamnaməsində müəyyən qaydalar var:


“Müsavat Partiyasının nizamnaməsinə görə, partiyadan xaric edilən və ya partiyadan könüllülük əsasında gedən, istefa verən şəxslər 6 ay keçdikdən sonra yenidən qəbul üçün partiyaya müraciət edə bilər. Belə hallar həmişə olub, olur və bundan sonra yenə də olacaq. Necə ki, partiyadan çıxanlar var, eləcə də daxil olanlar, geri qayıdanlar olur”.


Müsbət rəy önəmlidir...

G.Aslanlı qeyd edib ki, partiyaya geri qayıtmaq istəyənlər mütləq səbəb irəli sürməlidirlər:

“Partiyadan gedənlər geri qayıdanda hansı rayon təşkilatından istefa veriblərsə və yaxud hansı təşkilat onları xaric edibsə, həmin təşkilatdan müsbət rəy almalıdırlar. Həmən müsbət rəyi almaq üçün də onların aqrumentləri, əsasları olmalıdır. Yalnız belə halda şəxslərin partiyaya yenidən qəbul olunma imkanları var”.

Günay RƏSULQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı