Arxiv
21 Avqust 2017, 17:12 |
1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR
1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR

Bir neçə gündən sonra  Füzulinin  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 24-cü ili tamam olacaq. Belə ki, rayon 1993-cü ilin 23 avqustunda işğal olunub.

 

Ərazi 1386 kv.km olan Fizulidə 78 kənd, 1 qəsəbə var. İşğaldan əvvəl rayonda 86 ümumtəhsil və 2 texniki-peşə məktəbi, 65 uşaq bağçası, 90 kitabxana, 79 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Füzuli rayonu 1650-dən çox şəhid verib.

 

1994-cü ilin yanvarında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində rayonun 78 yaşayış məntəqəsindən 22-si düşməndən azad edilib və hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Fizulinin azad olunmuş ərazilərində məcburi köçkünlər üçün xeyli yeni qəsəbə salınıb. İşğaldan azad edilmiş 30 min kv.km ərazidə hazırda 50 mindən çox sakin yaşayır. Rayonun Horadiz qəsəbəsinə isə şəhər statusu verilib və hazırda orada geniş miqyaslı bərpa işləri aparılır.

 

Füzuli rayonu ərazisində onlarla tarixi və dini abidələr yerləşir ki onların da çoxunun ermənilər tərəfindən dağıdılmasına dair faktlar var. Belə abidələrdən ən məşhuru  Azıx mağarasıdır.

 

Modern.az saytı  “1993-cü ilin o günü” layihəsini davam etdirir. Müsahibimiz o zaman Füzulidə  xüsusi təyinatlı taborun komandiri olmuş Tariyel Qəhrəmanovdur. O, 1993-cü ilin 21 avqustunu ürək ağrısı ilə xatırlayır...

 

 

“Hər kəs öz torpağını müdafiə etmək istəyirdi”

 

“Avqust ayında Füzulidə ümumi vəziyyət hökm sürürdü. O dövrdə insanların fikri torpaqları müdafiə etmək idi. Bir döyüşçü kimi heç vaxt ağlıma da gəlməyib ki, nə vaxtsa Füzuli işğal oluna bilər. O dövrün insanları çox vətənpərvər idi. Hər kəs könüllü olaraq öz torpağını müdafiə etmək istəyirdi. Ordunun olub-olmamasından asılı olmayaraq insanlar torpaqları müdafiə etməyi düşünürdü. İnsanların əksəriyyəti 1988-ci ildən döyüşə-döyüşə gəlib çıxmışdı”

 

 “86 km ərazini saxlamağa gücümüz yox idi”

 

Keçmiş döyüşçü deyir ki, əslində, Füzulinin işğal olunmasının qarşısını almaq olardı.

 

“1992-ci ilin aprel ayında Füzuliyə 702 nömrəli hərbi hissə gəldi. Amma Ermənistanla Füzulinin arasında 86 km məsafə vardı. Həmin qüvvə ilə 86 km ərazini saxlamaq mümkün deyildi. Eyni zamanda silah təchizatı yox idi. Bir neçə dəfə Vahid Əhmədov(indiki deputat) icra hakimiyyəti ilə Füzuliyə gəlmişdi. Hardasa avqustun 20-i olardı. Söhbət Füzulinin işğalının qarşısını almaqdan gedəndə o zamankı briqada komandirimiz Piriyev dilləndi. Dedi ki, bu qüvvə ilə 86 km ərazini saxlaya bilmərəm. Bir neçə batalyon olsa da, amma hamısı yarımçıq idi. Silah təchizatı da yox idi. O zaman mən də  çıxış etmək üçün əlimi qaldırdım və dedim ki, Füzuli işğal olunmayıb. Ona görə də dövlət silahla yaxşı təchiz olunmuş 2 batalyon göndərsin. Biri Füzuliyə daxil olan yolun sağını, digəri də solunu müdafiə etsin. O zaman Füzuli işğal olunmayacaq. Təbii ki, dediklərimə heç reaksiya da verən olmadı. 2 gündən sonra Füzuli işğal olundu”.

 

 O zamankı idarəçilik sistemi - Əlikram Hümbətov, Rəhim Qazıyev....

 

Tariyel Qəhrəmanov deyir ki, torpaqlar işğal olunanda, o zamankı rəhbərlər hakimiyyət davası edirdi.

 

“Baxın, görün, Əlikram Hümbətov kim idi? Heç bir hərbi savadı olmayan, özünü öz aləmində rəhbər elan etmiş şəxs idi. Sürücüdən nə hərbçi ola bilərdi ki! Ümumiyyətlə, torpaqların işğal olunmasının əsas səbəbkarı o dövrün  hakimiyyətdə olan uğursuz  simaları idi. Düzdür, rəhmətlik Elçibəy insan kimi əvəzolunmaz birisi idi. Hətta. siyasətçi kimi də pis deyildi. Amma o dövrün idarəçiliyini bacara bilən şəxs ola bilməzdi. Təəssüf ki, prezident olduğu dövrdə ətrafına uğursuz insanları topladı. Məsələn, Fəhmin Hacıyevi gətirib daxili qoşunların komandanı qoydu.  Fizika müəllimi Rəhim Qazıyevi gətirib müdafiə naziri təyin etdi. Bu eksperiment xalqımız üçün çox pis nəticələndi. Rəhim Qazıyevin təkidi ilə iyunun 28-də Füzulidə ilk hücum əməliyyatı keçirilib. Guya istiqlaliyyətimizin bir aylığıdır. Elçibəyə töhfə etməliyik. Həmin gün hərbçilərimizi məcbur etdi ki, Füzuliyə hücum edib bir neçə kəndi işğaldan azad etsinlər. 32 tank toplaya bilmişdilər. O zaman tankı Tramvay Parkının müdiri Baba Nəzərli qəbul etmişdi. Silah sursata o baxırdı. Tramvay Parkının müdirinin qəbul etdiyi tank nə olmalı idi ki?! Demək olar ki, 32 tankdan 26-sı işləmədi. Heç bir işə yaramadı. Ona görə də Füzuli xalqının gözü qorxdu. O səbəbdən ki, 32 tankla ermənidən bir kəndimizi ala bilmədiksə, təəssüf!”

 

 “2 günə Füzulinin bir neçə kəndini işğaldan azad etdik”

 

Müsahibimiz indi də o zamankı hadisələr yadına düşəndə “kaş Heydər Əliyev bir az da tez hakimiyyətə gələydi” deyir.

 

“O hakimiyyətə gələndən sonra ordunu nizama salmağa başladı. Əslində, Füzulinin işğalı 1993-ci ilin aprelində başlayıb. Rayonun Qəcər kəndi işğal olunub. May ayına qədər gedən döyüşlərdə çox böyük itkilər verdik. Amma o torpaqları qoruyub saxladıq. Bizdə döyüşlər dövlət səviyyəsində getməyib. Dövlət səviyyəsində hakimiyyət davası gedirdi. Nə qorunub saxlanıbsa, sadə insanların hesabına baş verib.

 

Heydər Əliyev hakimiyyətə gələnə qədər hakimiyyət davası gedib. Bu gün də şükür edirik ki, o torpaqlar bizdədir. 70.000-dən artıq əhali orada yaşayır. 1993-cü ilin 3 oktyabrından 5 yanvarına qədər ermənilər Füzulinin kəndlərini işğal etdi. Haradasa həmin torpaqları bir günün içində verib bir günün içində də geri aldıq. Əsasən Horadiz, Əhmədalılar, Qazaxlar, Mirzənağıllar, Arayıtılı, Şükür Vəli, Alıxanlı, Kür Mahmudlu  kəndlərini geri aldıq. Bu gün də insanlar orada yaşayır. Həmin dövrdə xüsusi təyinatlı taborun komandiri idim. 460 nəfərlə yanvarın 4-dən 5-nə keçən gecə erməni mövqelərinin arxasına canlı qüvvə keçirmişəm.  Bir-iki gün gedən döyüşlərdə 3 tank, 6 top, onlarla  silah-sursat yüzlərlə də erməni meyiti götürdük”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
İlham Əliyev, Ərdoğan və Paşinyan görüşdü - FOTOLAR 15:32, Bu gün İran Xəzəryanı ölkələr üçün yeni təklif verdi 15:24, Bu gün TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri TƏSDİQLƏNDİ 15:20, Bu gün Liderlərin Praqa görüşü Moskvanı qıcıqlandırdı - Rusiyadan AÇIQLAMA 15:16, Bu gün 44 ölkənin liderləri bir arada - YENİLƏNİB 15:08, Bu gün Praqada Əliyevdən nə istəyə bilərlər? - TƏHLİL 15:04, Bu gün “Hindistanın verdiyi silahlar erməniləri məhvə aparır” – Pakistanlı ekspert 15:00, Bu gün Ədəbiyyat üzrə Nobelin qalibi açıqlandı 14:56, Bu gün KTMT regionda sülhün qorunmasına çalışır - Zaxarova  14:52, Bu gün Türkiyə İsrailə səfir TƏYİN ETDİ 14:48, Bu gün Zəngilanda digər kəndlərin də təməli qoyulacaq 14:44, Bu gün Azərbaycanın FIFA referiləri təyinat alıb 14:40, Bu gün Putin sabah MDB liderlərilə görüşəcək 14:36, Bu gün ABŞ-da Azərbaycan multikulturalizmi fənni tədris ediləcək 14:32, Bu gün Ərdoğan Praqada səfərdədir - Paşinyanla görüşəcək 14:28, Bu gün Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edildi 14:24, Bu gün Gömrük Akademiyasında estoniyalı nümayəndələrlə görüş keçirilib 14:20, Bu gün Bakıda şirniyyat evi YANDI 14:16, Bu gün Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ 14:12, Bu gün Zakir Həsənovu ittiham edən polkovnik həbs olundu 14:08, Bu gün "Ağılll şəhər"in Skandinaviya modeli araşdırılır 14:04, Bu gün Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib 14:00, Bu gün Dünya mətbuatı Edillidəki kütləvi məzarlıqdan YAZIR 13:56, Bu gün Əli Əsədov Moskvada Zəngəzur dəhlizindən DANIŞDI 13:52, Bu gün Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək 13:48, Bu gün Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir 13:44, Bu gün Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:40, Bu gün Özlərini təhlükəyə atan oğrular ələ keçdi - VİDEO 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar TUTULDU 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir” - YENİLƏNİB 13:18, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün