Modern.az

Quba məzarlığı ilə bağlı təkliflər hazırlanıb – prezident qərar qəbul edəcək

Quba məzarlığı ilə bağlı təkliflər hazırlanıb – prezident qərar qəbul edəcək

Aktual

29 Avqust 2017, 10:13

2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın  yüzilliyi tamam olur.

 

Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.

 

Məlumdur ki, zaman-zaman səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün soyqırımla bağlı müxtəlif beynəlxalq tədbirlər keçirilib, fərman və sərəncamlar imzalanıb.

 

Bu baxımdan maraqlıdır, Azərbaycan soyqırımın yüzilliyinə necə gedir?

 

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, əvvəlki illərə nisbətən hazırda soyqırımın tanıdılması üçün müəyyən təşəbbüslər irəli sürülür. Deputat düşünür ki, soyqırımın yüzilliyi ilə bağlı böyük tədbirlər təşkil edilməlidir:

 

“Yəqin ki, soyqırımın yüzilliyi  ilə əlaqədar cənab prezidentin fərmanı olacaq. Həmçinin bilirsiniz ki, istər parlament iclaslarında, istərsə də digər məsələlərdə  soyqırımla əlaqədar qəbul edilən qərarlar və ya görülən işlər dünya ictimaiyyətində müəyyən qədər fikir yaratdı. Amerika, Kanada və digər dünya ölkələrinə azərbaycanlıların soyqırıma məruz qaldığı bəlli oldu. Əvvəllər belə bir şey yox idi. Hətta Xocalı soyqırımı ilə bağlı son zamanlar cənab prezidentin təşəbbüsü ilə təşkil edilən yürüşlər, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü praktiki işlər,  atributlar, kitablar  dünyaya bir daha azərbaycanlıların soyqırımını sübut etdi.

 

Soyqırımın tanınması asan məsələ deyil. Fikir verin, 1915-ci ildən bu yana Ermənistan tərəfindən Türkiyə  dövlətinə hücumlar olur. Onlar həmin zaman ermənilərin soyqırıma məruz qaldığını bildirir. Halbuki faktiki olaraq soyqırıma məruz qalan türklərdir. Bu baxımdan soyqırımın tanınma prosesi  çətinliklə gedir. Buna baxmayaraq Azərbaycan dövlətinin apardığı siyasətə əsasən, əvvəl-axır hər kəs soyqırımı tanıyacaq”.

 

Azərbaycanlıların soyqırımının tanınmasında Quba memorial kompleksi xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən deputat məzarlığın önəmindən də söz açıb. Onun fikrincə, soyqırımın yüzilliyinə qədər Quba məzarlığı tam bərpa olunmalıdır:

“Son on ildə  Quba məzarlığını ziyarət edənlər həddən artıq çoxdur. İstər siyasi xadimlər, istər ictimai şəxslər, politoloqlar, tarixçilər Azərbaycana gələn zaman  bu kompleksə baş çəkirlər. Yəni soyqırımın tanıdılmasında Quba məzarlığının əlbəttə, çox böyük əhəmiyyəti var. Bu da cənab prezidentin xidmətidir.

 

Bilirsiniz ki, məzarlığın abidə kimi bərpa edilməsinin birinci mərhələsi başa çatıb. Amma sümüklər, quyular tapılan hissə hələ tam bərpa edilməyib. Bununla əlaqədar cənab prezidentin göstərişi ilə xüsusi komissiya yaradıldı. Prezidentin köməkçisi Əli Həsənovun rəhbərliyi ilə həmin komissiya Qubada olub, məzarlığın bərpaya ehtiyacı olan hissəsinə baxıb və müəyyən təkliflər hazırlayıblar.

 

Yəqin ki, cənab prezident memorial kompleksin ikinci hissəsinin tamamlanması ilə bağlı qərar qəbul edəcək”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır