Arxiv
31 Avqust 2017, 20:43 | AKTUAL
Ağcabədidə elektron xidmətlərlə bağlı məlumatlandırma

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Açıq hökumət"in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili" layihəsi çərçivəsində növbəti tədbir Ağcabədi rayonunda keçirilib. Modern.az xəbər verir ki, Ağcabədi rayonunda 25 nəfərin iştirakı ilə keçirilən tədbir iki saatdan artıq davam edib.

Tədbiri giriş sözü ilə açan Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov layihə haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, iştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü, Təşəbbüsün Azərbaycanda  tətbiqinin cəmiyyət üçün əhəmiyyəti, AHT təşəbbüsünün alətlərindən olan elektron xidmətlərlə bağlı məlumat veriləcək: "Layihənin məqsədi məlumatlandırma yolu ilə Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı (AHT) Təşəbbüsünün tətbiqinə dəstək verilməsi, elektron xidmətlərdən istifadə etməkdə çətinliklə üzləşən region sakinlərinə  xidmətdən yararlanmaq imkanlarının yaradılmasıdır. Azərbaycan AHT təşəbbüsə qoşulan ilk ölkələrdən biridir. Hazırda 75-dən artıq ölkə təşəbbüsü dəstəkləyir. Azərbaycan 2011-ci ildən Açıq Hökumət Təşəbbüsünün dəstəklədiyini bəyan edib. 2016-cı ilin mayın 4-də Azərbaycanın statusu müvəqqəti dondurulsa da, ölkəmiz prosesi davam etdirəcəyini bəyan edib. Azərbaycanla bağlı məsələ bu il iyunun 28-də Vaşinqtonda Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Rəhbər Komitəsi tərəfindən müzakirə edilib. Müzakirələr zamanı Azərbaycanın 1 il ərzində öhdəliklərə necə əməl etməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycanda müsbət dəyişikliklər istiqamətində atılmış addımlar alqışlanıb. Bununla belə problemlər tam həll edilmədiyindən Azərbaycanın statusunun "qeyri-aktiv" elan edilməsi ilə bağlı qərarın müddəti daha 1 il müddətinə artırılıb".

X.Kazımov daha sonra iştirakçılara “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” barədə məlumat verib: "Ölkəmizdə Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün tətbiqi istiqamətində ciddi addımlar atılmaqdadır. Fəaliyyət planının icrası nəticəsində şəffaflığın təmin olunması, məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına yardım edən elektron xidmətlərin sayı artırılıb. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 59  tədbiri əhatə edir.  Artıq fəaliyyət planında nəzərdə tutulan tədbirlərin xeyli hissəsi icra edilib. Eyni zamanda yaxın zamanlarda fəaliyyət planının monitorinqi həyata keçiriləcək". 

 

 

"Elektron hökumət" portalı ilə bağlı iştirakçılara məlumat verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Ruslan Mürsəlov elektron xidmətlərin üstünlüklərini vurğulayıb: “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları  tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında  elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. “Elektron hökumət”  vasitəsi ilə hər bir vətəndaş dövlət təşkilatları və ictimai xidmət göstərən digər qurumlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatmaq imkanlarına malikdir. Hazırda “Elektron hökumət” portalında 454 elektron xidmət mövcuddur. Bu xidmətlərin əksəriyyəti insanların zəruri ehtiyac duyduğu xidmətlərdir. Portal hazırda iştirakçılara “Elektron hökumət” portalında qeydiyyatdan keçmək üçün mövcud olan 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi təqdim edir. İstifadəçi ona rahat olan həmin vasitələrdən birini seçməklə portala giriş edə bilər. Bunlar “E-imza” kartı, “E-Gov” mobil identifikası vasitəsi, “Elektron hökumət” portalı tərəfindən vətəndaşa verilən kod/parol və “Asan imza”dır. “Elektron hökumət” portalı  vasitəsi ilə əksər dövlət qurumları öz xidmətlərini təqdim edirlər. Hazırda ən çox istifadə edilən xidmətlər  sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərdir. Portalda hazırda 17 növ arayışın elektron qaydada verilməsi imkanı yaradılıb ki, buna da maraq böyükdür. Eyni zamanda alınan elektron arayışların həqiqiliyinin, ona müdaxilə edilməməsinin yoxlanılması imkanı da yaradılıb”.

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44 Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:38 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı 4 Dekabr 2020, 11:40 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?